Bolqarıstanın Baş Naziri özünü izolyasiya etdi

bolqaristanin-bas-naziri-ozunu-izolyasiya-etdi
Oxunma sayı: 1037

Bolqarıstanın Baş Naziri Boyko Borisov karantinə alınıb.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb müavini Nikolay Nankovun koronavirus testinin pozitiv çıxması olub. 

“Nankov mənə COVİD- 19 nəticələrinin müsbət çıxması barədə məlumat verdi. Test verilib, məlumat gözləyirəm. Bu müddət ərzində özümü sosial həyatdan təcrid edəcəm. Biz nazirlə beş gün əvvəl təmasda olmuşuq”, - deyə Borisov qeyd edib.