Boris Conson koronavirusa yoluxdu

boris-conson-koronavirusa-yoluxdu
Oxunma sayı: 4214

İngiltərə Baş Naziri Boris Conson koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, Baş Nazir bu barədə tvitter hesabında məlumat paylaşıb. O, son 24 saatda virusun simptomlarını özündə hiss etdiyini və bu səbəbdən də analiz verdiyini açıqlayıb. Dövlət rəsmisinin test nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, B. Conson hazırda karantindədir. O, karantin müddətində videokonfrans vasitəsilə hökumətin işlərini idarə etməyə davam edəcəyini bildirib.