BP-yə o, rəhbərlik edəcək

bp-ye-o-rehberlik-edecek
Oxunma sayı: 1664

Böyük Britaniyanın “British Petrolium” (BP) neft-qaz şirkətinin baş direktoru Robert (Bob) Dadli 2020-ci il 31 martda istefaya gedəcək.

“Qafqazinfo”nun şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, onu bu postda BP-nin icraçı direktoru Bernard Luni əvəzləyəcək.

Luni 5 fevralda Direktorlar Şurasına rəhbər gətiriləcək.

Qeyd edək ki, 64 yaşlı Dadli şirkətə 40 ilini həsr edib ki, bunun da 9 ilində rəhbərlikdə olub.