Belə ki, mətbuatda son vaxtlar bütün Türkiyə və ölkədən kənarda səs-küyə səbəb olan “Muhteşem Yüzyıl” filminin baş rollarından birinin ifaçısı Mahidevranın, yəni Nur Fettaoğlunun sevgilisi, "Kurtlar vadisi” filmindən yaxşı tanıdığınız Polat Alemdar- Necati Şaşmazla bir evdə yaşadığı barədə məlumatlar yayılıb.
Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Nur Fettaoğlu Necati Şaşmazın İstanbulun Anadolu səmtində yerləşən malikanəsində yaşayır.