Primadonna seçkilərin düzgünlüyünə inanmır

primadonna-seckilerin-duzgunluyune-inanmir
Oxunma sayı: 641

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, seçki məntəqəsinə nəvəsi Nikita Presnyakovla gələn müğənni ilk olaraq anlaşımazlıqla qarşılaşır. Belə ki, seçki məntəqəsindəki siyahıda onun nəvəsinin adına rast gəlinməyib.
Nəvəsi məntəqəni tərk etmək istəsə də nənəsi Puqaçova qalmaqal salaraq, vəziyyəti düzəltməyə nail olub. Hər ikisinin Mixail Proxorova səs verdiyi iddia edilir.
Səsvermədən sonra Proxorovun qərargahında çıxış edən Puqaçova keçirilən seçkilərin düzgünlüyünə inanmadığını bildirib. O, milyarderi nəticələr münasibəti ilə təbrik edərək ona uğurlar arzulayıb: “Mən Mixayl Proxorova görə şadam və hesab edirəm ki, siyasi karyerasına başlamaq üçün...bu çox yaxşı nəticədir”.
Qeyd edək ki, Mixayl Proxorov seçkilərin nəticələrinə görə, 7,82% səslə üçüncü yeri tutmuşdu.


Səidə