Quran ayəsi namazda qadağan olunub – İddia

quran-ayesi-namazda-qadagan-olunub-iddia-
Oxunma sayı: 694

“Qaqfazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, CHP-dən olan millət vəkili, keçmiş müfti İhsan Özkeş Avropa Biriliyinin tələbi ilə cümə namazlarında oxunan “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır” (Ali-İmran surəsi, 19) ayəsi aradan qaldırılıb.

Telekanllardna birinə müsahibə verən Özkeş bu ayənin oxunmasını aradan qaldıran sənədin də adını çəkib. CHP-li millət vəkili Türkiyə Dini İşlər Nazirliyinin 17 fevral 2006-cı ildəki təlimatla məscdilərə göstəriş verdiyni bildirib.

O zaman müfti işlədiyini söyləyən Özkeş “1400 ildir bu ayə oxunurdu. Amma bunlar aradan qaldırdı. Bunların həqiqi üzü budur. Şeytanın ağlına gəlməyən şeylər AKP-lilərin ağlına gəlir”, -deyib.