BRICS-də iştirakına görə Ukraynaya səfərinə icazə vermədi

brics-de-istirakina-gore-ukraynaya-seferine-icaze-vermedi
Oxunma sayı: 5378

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antonio Quterreşin Ukraynaya səfərini təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən “France-Presse” agentliyi yayıb.

Bildirilib ki, buna səbəb Quterreşin Kazanda keçirilən BRICS sammitində iştirak etməsi olub: “Quterreş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi. Lakin prezident onun səfərini təsdiq etmədi”. 

“RBK-Ukraina” Zelenskinin Ofisinin sözügedən məlumatı təsdiq etdiyini qeyd edib. 

Xatırladaq ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutub. Quterreşin həmin tədbirdə iştirakı Ukraynanın narazılığına səbəb olub.