Britaniya Belarusa qarşı sanksiyaları genişləndirdi

britaniya-belarusa-qarsi-sanksiyalari-genislendirdi
Oxunma sayı: 856

Böyük Britaniya hökuməti Belarusa qarşı yeni sanksiyalar paketi tətbiq edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Britaniya bununla da, bəzi məhsulların ölkəyə idxal və ixracına məhdudiyyətlər qoyub. Əsas olaraq isə Belarusdan qızıl, taxta, kauçuk və sementin idxalına qadağa qoyulub.

“Yeni sanksiyalar Prezident Aleksandr Lukaşenko və onun rejiminə qarşı iqtisadi təzyiqləri gücləndirir”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, sanksiyaların tətbiq edilməsinə səbəb Belarusun Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara fəal olaraq dəstək verməsidir.