Britaniya səfiri videomüraciət yaydı

britaniya-sefiri-videomuraciet-yaydi
Oxunma sayı: 991

“18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Müstəqilliyin Bərpası Günü münasibətilə videomüraciətində deyib.

“Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və öz tarixində yeni səhifə açır. Böyük Britaniya və Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”, - deyə səfir qeyd edib.