Britaniyada ilk dəfə süni intellekt texnologiyaları sammiti keçiriləcək

britaniyada-ilk-defe-suni-intellekt-texnologiyalari-sammiti-kecirilecek
Oxunma sayı: 722

Böyük Britaniya payızda süni intellekt texnologiyası ilə bağlı ilk qlobal sammitə ev sahibliyi edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.

Bildirilib ki, sammitdə süni intellektin yaratdığı risklər dəyərləndiriləcək. Buna görə də alimlər və aparıcı texnologiya şirkətləri bir araya gələcəklər.