Brüs Uillis çimərlikdə görüntüləndi - Fotolar

brus-uillis-cimerlikde-goruntulendi
Oxunma sayı: 1552

Məşhur amerikalı aktyor Brüs Uillis çimərlikdə gəzinti zamanı​ görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, “TMZ” portalının paylaşdığı şəkillərdə demensiyadan əziyyət çəkən 70 yaşlı aktyorun gülümsədiyi əks olunub. 

Portal Hollivud ulduzunun əla göründüyünü yazıb. 

Qeyd edək ki, məşhur aktyora 2023-cü ildə demensiya diaqnozu qoyulub. Bu xəstəlik özünü emosional və sosial bacarıqların itirilməsi ilə büruzə verir. Ağır formalarında isə xəstələr ən doğma insanlarını belə tanımamağa başlayır.