“Rusiyaya çar lazımdır” - Açıqlama

rusiyaya-car-lazimdir-aciqlama
Oxunma sayı: 663

Tatarıstan prezidenti Rüstəm Minnixanov yerli mətbuata açıqlamasında Putinə niyə səs vermək lazım olduğunu izah edib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin əsas xəbər agentliklərinin rəhbərləri ilə görüşən prezident Putinə bu qədər güvənməsinin səbəblərini açıqlayıb: “Mən çox utanaram, əgər biz, Tatarıstan bu insanı qiymətləndirməsək. Mən sadəcə olaraq inciyəcəyəm!... Baxın bu insan bizim ölkəmiz üçün nələr edib. Əgər insanlar onu layiqincə qiymətləndirməsələr bu mənim xətrimə dəyəcək”.

Minnixanov prezidentliyə namizəd olan Mixayil Proxorovun “Rusiyaya menecer lazımdır” fikirlərini də tənqidlə qarşılayıb: “Ölkəyə çar lazımdır. Çar – ölkəyə cavabdeh olan cəsarətli adamdır. Menecer isə ölkənin rəhbəridir”.

Tatarıstan prezidenti digər namizədlərdə çar xüsusiyyətlərinin olmadığını da vurğulayıb: “Qennadi Zyuqanov çox yaşlıdır, Sergey Mironov kifayət qədər təcrübəli deyil, əgər Jirinovski prezidentdirsə, mən bilmirəm, o zaman biz kimik”.

Səidə