Bryanskda helikopter qəzaya uğradı, ölənlər var - Video + Yenilənib

bryanskda-helikopter-qezaya-ugradi-olenler-var
Oxunma sayı: 3527

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, o, uzun müddət şəhərin üzərində dövrə vurub, qəza özəl sektorda baş verib.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

***

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada Mi-8 helikopterlərinin və Su-34 və Su-35 hərbi təyyarələrinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisədə 6 ekipaj üzvü və 3 pilot həlak olub.