Saakyan qalib gəlib

saakyan-qalib-gelib
Oxunma sayı: 662

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, DQR-in ərazi seçki komissiyaları tərəfindən təqdim edilən protokolların nəticəsi onu göstərib ki, seçkilərdə qondarma respublikanın hazırkı prezidenti Bako Saakyan qalib gəlib. MSK-nın məlumatında göstərilir ki, Vitali Balasanyan 22.966 səs (32.50%), Bako Saakyan 47. 085 (66.70%), Arkadi Soqomonyan isə 594 səs (0.80%) toplayıb.

Dünən keçirilən seçkilərdə 72. 833 seçici, səsvermə hüququ olan əhalinin 73.4%-i iştirak edib. Namizəd Vitali Balasanyanın seçkiqabağı qərargahı isə bir sıra qanun pozuntuları ilə bağlı MSK-nı xəbərdar edib.