BŞİH-dən sakinlərə müraciət

bsih-den-sakinlere-muraciet
Oxunma sayı: 2802

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə müraciət edib.

BŞİH-dən “Qafqazinfo”ya verilən müraciətdə deyilir:

“Yay mövsümünün başlanması, paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb. İməclik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus obyektlərin fasad və vitrinlərində, obyektlərin qarşısında təmizlik, səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”.