Bu avtobusların hərəkət sxemi dəyişdirildi

bu-avtobuslarin-hereket-sxemi-deyisdirildi
Oxunma sayı: 1489

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Qafqazinfo”ya verilən xəbərə görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra avtobusların əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.