Bu ay 16 gün dincələcəyik

bu-ay-16-gun-dinceleceyik
Oxunma sayı: 7867

Bu gündən bayramlar ayı sayılan mart daxil olub.

“Qafqazinfo” xəbər verir ki, martda 16 gün iş olmayacaq.

Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Xəbəri rus dilində oxuyun: Опознала останки пропавшего в Ходжалы брата - пережила инфаркт - ВИДЕО

Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.