Faydaları sizi heyrətləndirəcək!

faydalari-sizi-heyretlendirecek
Oxunma sayı: 338

Reyhan min bir dərdə şəfa verən bitki kimi tanınır.

“Qafqazinfo” xəbər verir ki, 2500 ildən çoxdur Yaxın Şərq və Aralıq dənizi hövzəsində dərman məqsədilə əkilən reyhan, sağlamlıq üçün bir çox faydalara malikdir.

Vətəni Hindistan olan bu bitki acı, kəskin, lakin dadı ilə seçilir və yalnız qida baxımından deyil, həm də tibbi və ətriyyat sahələrində önəmlidir.

Reyhanın antibakterial xüsusiyyətləri sayəsində zərərli bakteriyalar təmizlənir, sızanaqların əmələ gəlməsi qarşısı alınır və dəri hamarlaşır. Bundan əlavə, bitki tərləməni azaldır, pis qoxuları neytrallaşdırır və təsirli ətri ilə həşəratları uzaqlaşdırır.

Bu bitki həm də sakitləşdirici təsirə malikdir, mədəyə faydalıdır və revmatizm, ürək döyüntüsü, hemoroid kimi problemlərin müalicəsində istifadə olunur. Reyhan immunitet sistemini gücləndirir, həzm proseslərini tənzimləyir, turşuları balanslaşdırır və yoluxucu xəstəliklərə qarşı qoruyur. O, soyuqdəyməyə qarşı mübarizədə, göz sağlamlığının qorunmasında da faydalıdır və A vitamini ilə zəngindir.

Elmi araşdırmalar göstərir ki, reyhan radiasiyaya qarşı qoruyucu təsirə malikdir və xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyir. Həmçinin, bitki sinir sistemini sakitləşdirir, stresi aradan qaldırır, miqren və narahatlıq hallarında təsirli olur, depressiv əhval-ruhiyyəni yaxşılaşdırır, həyat sevincini artırır.

Reyhanın ürəyə faydaları da çoxdur: yuxusuzluq, zehni yorğunluq və ürək-damar sağlamlığına dəstək olur, qan dövranını sürətləndirir, xolesterin və trigliserid səviyyəsini azaldır, qan azlığı və başgicəllənmə hallarını yüngülləşdirir. Bitkinin şirəsi ağız sağlamlığı üçün istifadə olunur, ağız yaralarını sağaldır, ağız qoxusunu yox edir və siqaretin tərgitməsində kömək edir.

Süd verən anaların südünü artıran, qaraciyər və böyrək sağlamlığını dəstəkləyən reyhan öskürək və hətta arı sancmalarının müalicəsində də əhəmiyyətlidir. Piyyandırma xüsusiyyəti ilə məşhur olan reyhan çayı arıqlamağa yardımçı olur. Lakin mütəxəssislər həddindən artıq istifadədən çəkinməyi tövsiyə edir, çünki bu, qaraciyər və böyrəklərə zərər verə bilər.