“Bu CHP, HDP, İYİ Partiya LGBT-dir?” - Ərdoğan

bu-chp-hdp-iyi-partiya-lgbt-dir
Oxunma sayı: 3867

“Heç kim millətimizə yuxarıdan aşağı baxa, xalqımızı təhqir edə, gənclərimizi qaranlığına həbs edə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkidə yüksək səs toplaması ilə bağlı xalqa müraciəti zamanı deyib.

“Millətimizin əzmini heç kim qıra bilməz. İndi o qədər qışqıraq ki, Ankara eşidə bilsin. Bunu İstanbulun bütün rayonları eşitsin. Qardaşlar, bu, CHP, HDP, İYİ Partiya LGBT-dir? Ailəmiz müqəddəsdir. Heç kim ailənin əleyhinə danışa bilməz. Qadına zorakılıq bizdə haramdır. Qarşıdakı dövrdə millətimizə söz verdiyimizi edəcəyik. Bu hisslərlə indi Ankaraya yollanıram. Bu dəfə bir dəyişiklik edirik. İnşallah Külliyeden balkon çıxışı edəcəyik. Külliyedən bütün dünyaya səslənəcəyik”.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun hazırda olan nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.

Həmçinin oxuyun: Эрдоган во время своего выступления исполнил песню - Видео