Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 13-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan aşkar ediblər.
Bundan başqa, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər