Bu dəfə aldığı hədiyyə ilə gündəm oldu - Fotolar

bu-defe-aldigi-hediyye-ile-gundem-oldu
Oxunma sayı: 914

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən “Wine Paris 2026” sərgisində diqqətçəkən görüntülərlə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, prezidentin əlindəki üzərində aviator tipli günəş eynəyi şəkli olan şərab şüşəsi sosial media istifadəçilərinin diqqətini çəkib.

Prezident hədiyyə verilən şərab şüşəsini gülümsəyərək qəbul edib və sərgi iştirakçıları ilə səmimi anları diqqətdən qaçmayıb.

Qeyd edək ki, hədiyyə Makronun Davosda Dünya İqtisadi Forumunda etdiyi viral çıxışına istinad kimi qiymətləndirilib. O, çıxışı zamanı “for sure” (şübhəsiz - red.) ifadəsini təkrar-təkrar vurğulaması və eynəkləri ilə diqqət çəkmişdi.

Çıxışı Donald Trampı tənqid etmək və Avropanın strateji müstəqilliyini müdafiə etmək məqsədi daşısa da, sosial mediada viral olması sözün vurğulu, bir qədər gülməli tələffüzü və aviator eynəyi ilə bağlı olmuşdu.