Oktyabrın 25-i saat 18:00-a olan məlumata əsasən əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, Quba-Qusar bölgəsinin bəzi yerlərində, Şabran və Siyəzəndə qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 16, Aran rayonlarında 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.