“Qafqazinfo” xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi mundiala elə özlərui də start verəcəklər. Bu gün Bakı vaxtı ilə gecə saat 01:00-da A qrupunun açılış matçı Braziliya- Xorvatiya oyunu start götürəcək. Sambaçıların bu matçda qalib gəlməkdən başqa çarələri yoxdur. Çünki bir yanda yerli azarkeşlərin qələbə istəyi, digər yandan da bəzi braziliyalıların dünya çempionatına ev sahibliyi məsələsinə etirazlar futbolçulara psixoloji gərginlik yarada bilər.
Heç şübhəsiz ki, mundial boyu əsas ümid bəslənilən futbolçuladan biri “Barselona”nın ulduzu Neymar olacaq. Dani Alveş, Marselo, Tiyaqo Silva, David Luiz , Halk kimi adlar da ev sahibi ölkəni mundialın qalibi etməyə qadırdi.
Digər tərəfdə adı “Barsa” ilə hallanan İvan Rakitiç, “Real”Madridin əsas heyət üzvlərindən olan Luka Modriç kimi futbolçular da Xorvatiya millisində yer alırlar.
5 qat dünya çempionu olan Braziliya 64 ildən sonra yenidən FİFA-nın ən vacib turnirinə ev sahibliyi edəcək. 1 kubok uğrunda 32 milli komanda mübarizə aparacaq. 64 görüşün yekununda 20-ci dünya çempionatının qalibi adına aydınlıq gələcək. 1978-ci il Argentinada təşkil edilmiş mundialdan sonra Braziliya-2014 Cənubi Amerika qitəsində keçirilən ilk turnir olacaq.
Mundialın rəsmi topu Brazuka olacaq. Braziliya mədəniyyətini nümayiş etdirmək üçün açıq mavi, yaşıl və qızılı rənglərlə bəzədilən Brazuka topu Kasilyas, Messi və Şvaynştager kimi futbolçular tərəfindən test edilib.
Saat 01:00
Braziliya- Xorvatiya Sao Paulo şəhəri “Korintiyans Arena”
Görüşü Yaponiyadan olan baş hakim Yuişi Nişimura idarə edəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər