Bu gün 9 minə yaxın şagird buraxılış imtahanı verəcək

bu-gun-9-mine-yaxin-sagird-buraxilis-imtahani-verecek
Oxunma sayı: 1023

Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən "Qafqazinfo"ya bildirilib ki, bu gün keçiriləcək imtahanlarda 8 790 şagirdin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.