Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.
“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.
İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.
Avropa Liqası
Final
23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
İstanbul. “Beşiktaş Park”
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.
Son xəbərlər
Son Xəbərlər