“Qlobal Cənub QHT platforması olduqca vacibdir, çünki o, Qlobal Cənub QHT-lərinin səsini bir araya gətirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib deyib.
“Biz indicə yaxşı bir müzakirə apardıq və onlar bir çox qlobal gündəlikləri, o cümlədən ən az inkişaf etmiş ölkələr, Kiçik Ada Dövlətləri, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli ölkələr üçün icmaların səsi olacaqlar. Beləliklə, biz onlarla, xüsusən də Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq üzrə Qlobal Alyansımız vasitəsilə sıx əməkdaşlıq edəcəyik”, - Dima Al-Khatib bildirib.
O, həmçinin Qlobal Cənub QHT platformasının gələcək dövrdə Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi ilə tərəfdaşlıq edəcəyini diqqətə çatdırıb.
Günel İbrahimova

Son xəbərlər
Son Xəbərlər