Üçüncü dəfə eyni serialda çəkiləcəklər

ucuncu-defe-eyni-serialda-cekilecekler
Oxunma sayı: 222

Türk televiziya dünyasının sevilən simaları Ekin Koç və Ayça Ayşin Turan yeni yay serialı “Muhtemel Aşk” üçün yenidən bir araya gəlir.

“Qafqazinfo” xəbər verir ki, daha əvvəl müxtəlif layihələrdə birlikdə kamera qarşısına keçən məşhur ikili üçüncü dəfə tərəf müqabili olacaq.

Yeni serialın prodüserliyini Asena Bülbüloğlu həyata keçirir. Layihənin rejissoru isə tanınmış rejissor Altan Dönmez olacaq. Məlumata görə, Ayça Ayşin Turan serialda “Dəfnə” obrazını canlandıracaq.

Son olaraq rəqəmsal platformada yayımlanan “Vicdansız” serialında rol alan Ayça Ayşin Turanın yeni layihəsi artıq sosial mediada da böyük maraq doğurub. Xüsusilə aktrisanın Ekin Koçun 19 May – Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə etdiyi paylaşımda yer alması diqqətdən qaçmayıb.

İkilinin birlikdə çəkdirdiyi yeni foto qısa müddətdə sosial şəbəkələrdə çox sayda bəyənmə və şərh toplayıb.