Bu gün də hava tozludur

bu-gun-de-hava-tozludur
Oxunma sayı: 663

Bu gün səhər saatlarından Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva “Qafqazinfo”ya bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar  ölkə ərazisinə  Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin  gün ərzində davam edəcəyi  gözlənilir”.