Bu gün İstanbul-İrəvan uçuşları başlayır

bu-gun-istanbul-irevan-ucuslari-baslayir
Oxunma sayı: 1421

Fevralın 2-si Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün başladılan proses çərçivəsində ilk önəmli addımlardan biri atılacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu gün İstanbul və İrəvan şəhərləri arasında birbaşa uçuşlara start verilir.

Uçuşları Türkiyə tərəfindən “Pegasus”, Ermənistan tərəfindən isə “Fly One Armenia” aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə 3 dəfə təşkil olunacaq.

Beləliklə, “Fly One” şirkətinin təyyarəsi İstanbul vaxtı ilə 19:50-də İstanbul hava limanına enəcək. “Pegasus” şirkətinin təyyarəsi isə saat 23:35-də Sabiha Gökçen hava limanından İrəvana yola düşəcək.

İstanbul-İrəvan arasında uçuşun müddəti təqribən 2 saata bərabər olacaq.