Bu gün neçə nəfər peyvənd olunub?

bu-gun-nece-nefer-peyvend-olunub
Oxunma sayı: 1100

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, “buster” doza üzrə isə 4 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 672 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 330, ikinci mərhələ üzrə 4 714 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 757 281 “buster” doza vurulub.