Bu gün Portuqaliyada prezident seçkiləri keçiriləcək

bu-gun-portuqaliyada-prezident-seckileri-kecirilecek
Oxunma sayı: 659

Bu gün Portuqaliyada koronavirus pandemiyası və epidemik vəziyyətin kəskinləşməsi fonunda prezident seçkiləri keçiriləcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə yeddi namizəd, o cümlədən respublikanın hazırkı lideri Marselu Rebelu di Souza iddia edir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da-red.) açılacaq və saat 19:00-dək (Bakı vaxtı ilə saat 23:00-dək-red.) işləyəcək. Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir.