Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır

bu-gun-turkiyenin-cumhuriyyet-bayramidir
Oxunma sayı: 1335

Bu gün Türkiyənin Cümhuriyyət bayramı günüdür.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bayram 1925-ci ildən etibarən hər il oktyabrın 29-da qeyd olunur. Belə ki, 1923-cü ilin oktyabrında Türkiyə dövlətinin siyasi quruluşu Respublika olaraq elan edilib.

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib. Cümhuriyyətin elanından sonra Mustafa Kamal Paşa Türkiyənin ilk Prezidenti seçilib.

Prezident İlham Əliyev dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı bu münasibətlə təbrik edib və bildirib ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcək.