Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək

bu-gun-xameneinin-olumu-ile-bagli-anim-merasimi-kecirilecek
Oxunma sayı: 1004

Bu gün Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tehran yol polisinin rəisi Əbülfəzl Musəvipur IRNA agentliyinə bildirib. 

Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 07:30) paytaxtın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Anım mərasiminin yaxın saatlarda başlaması planlaşdırılıb. 

Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlininəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.