Bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə avtobuslar fəaliyyətə başlayır

bu-gunden-sumqayit-baki-marsrut-xetti-uzre-avtobuslar-fealiyyete-baslayir
Oxunma sayı: 5151

Bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar sərnişinlərin xidmətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız qaydada həyata keçirilir.

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.