“Bu il Avropa məkanına qaz ixracımız təxminən 12 milyard kubmetrə çatacaq”

bu-il-avropa-mekanina-qaz-ixracimiz-texminen-12-milyard-kubmetre-catacaq
Oxunma sayı: 1432

“2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlət başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.