Bu il dünyada aclığın səviyyəsi məlum olub

bu-il-dunyada-acligin-seviyyesi-melum-olub
Oxunma sayı: 1689

2023-cü ildə dünyada aclığın hansı səviyyədə olacağını proqnozlaşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqə üzrə direktoru Oleq Kobyakov məlumat verib.

O, bu il 27 milyon insanın ac qaldığını açıqlayıb:

"İlk növbədə Afrikada qida problemi yaşanacaq, orada aclıq və böhran zonası var".

Kobyakov bildirib ki, daha əvvəl BMT də ərzaq böhranı səbəbindən dünyada kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib.