Bu ilin 3 iyulu bütün zamanların ən isti günü olub

bu-ilin-3-iyulu-butun-zamanlarin-en-isti-gunu-olub
Oxunma sayı: 2581

Bu ilin iyul ayının 3-də dünya bütün zamanların ən isti gününü yaşayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzi (NCEP) məlumat yayıb.

Qlobal orta temperaturun 17,01 dərəcə olaraq ölçüldüyü iyulun 3-ü dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb.

Məlumatına görə, qeydə alınan rekord temperatur 2016-cı ilin avqustunda ölçülən 16,9 dərəcəni keçib.

Bildirilib ki, ABŞ son həftələrdə isti dalğasının təsiri altında olsa da, Çin 35 dərəcəni keçən temperaturla mübarizə aparır.

Hindistanda isə həddindən artıq istilər 150-dən çox insanın ölümünə səbəb olub.