Bu ilin ən yaxşı filmi hansıdır? - Siyahı

bu-ilin-en-yaxsi-filmi-hansidir
Oxunma sayı: 286

Kinofilmlər barədə məlumat bazası olan IMDb 2025-ci ilin ən yaxşı filmləri və seriallarını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, reytinq siyahısı bir ay ərzində IMDb-dəki baxış sayına görə tərtib edilib.

Siyahıya əsasən, ilin ən populyar filmi Devid Korensvetin baş rolda oynadığı və Ceyms Qannın rejissoru olduğu “Supermen” filmidir. Filmin dünya premyerasından sonra iki həftə ərzində IMDb cədvəllərinə başçılıq etdiyi və təxminən 600 milyon dollar gəlir əldə etdiyi bildirilir.

İkinci yerdə Culiya Qarner və Coş Brolinin iştirakı ilə çəkilmiş “Weapons” (“Silahlar”) filmi qərarlaşıb. Bu film xüsusilə sirli, unikal süjet xətti və təsiredici effektləri ilə tamaşaçıları cəlb edib. Üçüncü pillədə isə Maykl B. Cordanın iştirakı ilə çəkilmiş “Sinner” (“Günahkar”) filmi yer alıb. IMDb bu filmi “janrları darmadağın edən film” adlandırıb. Belə ki, ekran işi ardıcıl üç ay IMDb-nin ilk iyirmi filmi arasında olub.

Siyahıda həmçinin “One battle after another ” (“Döyüşdən sonra döyüş”), “Jurassic world: Rebirth” (“Yura dünyasının yenidən doğuşu”), “Frankenşteyn”, “Happy Gilmore 2” (“Bəxtəvər Gilmor 2”) və başqa filmlər yer alıb.