Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.
İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.
Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbdə dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib: “Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 12:30 radələrində 5 nəfər (qadın) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: “Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər