Bu istiqamətdə əlavə qatar reysləri təyin olunur

bu-istiqametde-elave-qatar-reysleri-teyin-olunur
Oxunma sayı: 841

Artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-dən Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. 

Bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.