Bu klub Messiyə müqavilə təklif edir

bu-klub-messiye-muqavile-teklif-edir
Oxunma sayı: 3021

ABŞ klubu "İnter Mayami" PSJ-nin hücumçusu Lionel Messi ilə müqavilə bağlamaq istəyir. 

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, klub buna görə Messiyə illik 50 milyon dollar maaşla 4 mövsümlük müqavilə təklif edib.

Futbolçu isə bununla bağlı hələlik açıqlama verməyib.

Xatırladaq ki, L. Messi mövsümün sonunda PSJ-dan ayrılacaq. Klubun baş məşqçisi Kristof Qaltyenin sözlərinə görə, argentinalı hücumçu Liqa 1-də "Klermon"a qarşı sonuncu dəfə PSJ forması ilə meydana çıxacaq.