“Bu ölkə bizimlə təhlükəsizliklər barədə danışmaq fikrindədir?”

bu-olke-bizimle-tehlukesizlikler-barede-danismaq-fikrindedir
Oxunma sayı: 2008

Fransanın XİN rəhbəri Katrin Kolonna parlamentdəki çıxışında aprel ayında Bakıya və Yerevana səfər edəcəyini bildirib. Kolonna deyib ki, ölkəsi Ermənistanı müdafiə etməkdə davam edir və səfərinin əsas məqsədi Laçın-Xankəndi yolu ətrafındakı vəziyyəti müzakirə etməkdir.

“Qafqazinfo”nun məlumatına görə, deputat Elnur Allahverdiyev sosial şəbəkə hesablarında etdiyi paylaşımda Fransanın XİN rəhbərinin səfərinə toxunaraq yazıb:

“Fransanın xarici işlər naziri Katrin Kolonna Senatdakı çıxışında növbəti dəfə bizim daxili işlərimizə qarışmağa cəhd edib və apreldə Laçın-Xankəndi yolundakı "vəziyyəti müzakirə etmək üçün" Bakıya və Yerevana səfər edəcəyini deyib. Fransanın "vəziyyət"lə bağlı mövqeyi bizə məlumdur: sıravi erməniləri girov saxlayan separatçı xuntaya dəstək vermək, qanunsuz rejimin “hüquq və təhlükəsizliyinin təmin edilməsinə nail olmaq”.

Bu arada isə Fransa polisi dünyanın gözü qarşısında günlərdir pensiya islahatına etiraz edən vətəndaşları və media təmsilçilərini küçələrdə döyür, həbs edir, onların azad fikir bildirmə haqqlarını zorakı yollarla pozur. Görəsən, bu ölkə bizimlə hansı hüquq və təhlükəsizliklər barədə danışmaq fikrindədir?”