Bu ölkə əcnəbilər üçün məcburi koronavirus peyvəndini ləğv edir

bu-olke-ecnebiler-ucun-mecburi-koronavirus-peyvendini-legv-edir
Oxunma sayı: 2050

ABŞ ölkəyə gələn əcnəbilər üçün məcburi koronavirus peyvəndini ləğv edəcək.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, yeni qayda mayın 12-dən tətbiq ediləcək.

Belə ki, artıq quru sərhədi keçərkən əcnəbilərdən məcburi peyvənd tələb olunmayacaq.

Qeyd edək ki, ABŞ-də 2021-ci ilin noyabr ayından ölkəyə gələn əcnəbilərdən koronavirusa qarşı tam peyvənd sertifikatı tələb olunur.