Bu ölkə süni intellektə 109 milyard avro ayıracaq

bu-olke-suni-intellekte-109-milyard-avro-ayiracaq
Oxunma sayı: 2685

Fransa növbəti illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə yatıracaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı ölkə Prezidenti Emmanuel Makron “France 2”yə müsahibəsində açıqlayıb.

O bildirib ki, bu investisiya ABŞ-nin “Stargate” layihəsinə ekvivalent olacaq.

Həmçinin Makron qeyd edib ki, bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gənc var və həmin rəqəmin 100 minə çatdırılması planlaşdırılır.