Bu ölkə Ukraynaya yarım milyona yaxın yardım göndərəcək

bu-olke-ukraynaya-yarim-milyona-yaxin-yardim-gonderecek
Oxunma sayı: 1276

Yaponiya hökuməti Ukraynaya ümumi dəyəri 470 milyon dollar olan növbəti humanitar yardım paketini ayırmaq qərarına gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya XİN məlumat yayıb.

Vurğulanır ki, vəsait minaların və dağıntıların təmizlənməsi üçün lazım olan avadanlıqların alınmasına, həmçinin Ukraynanın kənd təsərrüfatı sənayesi ilə əlaqəli infrastrukturun bərpasına yönəldiləcək. Ayrılan pul, həmçinin hərbi əməliyyatlar nəticəsində zərərçəkmiş ölkənin enerji sisteminin bərpasına yönəldiləcək.

Qeyd edək ki, Tokionun ötən il ərzində Kiyevə göndərdiyi humanitar yardımın ümumi həcmi 1,6 milyard dollardan çoxdur.