Latviyada nikah mərasimlərinin şahidlərin iştirakı olmadan keçirilməsi qərara alınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə parlamenti Mülki Məcəlləyə bəzi dəyişikliklər edib.
Buna müvafiq olaraq şahidlərin iştirak etməməsinin nikah üçün maneə yaratmayacağını nəzərdə tutan dəyişiklik qəbul edilib.
Qanuna edilən dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.