Bu ölkələrdə korrupsiya yüksək səviyyədədir - Siyahı

bu-olkelerde-korrupsiya-yuksek-seviyyededir
Oxunma sayı: 635

Məşhur “Ernst & Young” (EY) şirkəti korrupsiya bataqlığına batmış ölkələrin siyahısını hazırlayıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, 41 ölkənin yer aldığı siyahıda Ukrayna liderlik edir.

Sorğuda iştirak edən ukraynalı biznesmenlərin böyük əksəriyyəti (88%) korrupsiya və rüşvətxorluq probleminin öz ölkələrində geniş olduğunu hesab etdiklərini bildiriblər.

Siyahıda ikinci yerdə Kipr (82%), üçüncü yerdə Yunanıstan (81%) qərarlaşıb. 

Rusiya 66% səslə 16-cı yeri tutub. 

Hesabatda həmçinin, Finlandiya, Norveç və Danimarkanın da adı qeyd olunub.