Tokioda 390 m olacağı gözlənilən ən hündür göydələnin tikintisinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mitsubishi Estate” şirkəti məlumat yayıb.
Bildirilib ki, məşəl qülləsi adlanacaq göydələnin tikintisi təqribən 2028-ci ilin mart ayına kimi yekunlaşacaq. Yeni binanın hündürlüyü Azabudai Hills binasını keçərək Yaponiyanın ən hündür binası olacaq.