Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın səfiri Mariya Livalanı çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.
O, Finlandiyada Rusiyaya məxsus 45 daşınmaz əmlakın, o cümlədən Rusiya səfirliyinin rəsmi məqsədlər üçün istifadə etdiyi və diplomatik toxunulmazlıqla qorunan əmlakın Finlandiya məhkəmə icraçısı tərəfindən müsadirə edilməsi ilə bağlı kəskin etirazla qarşılanıb.
“Rusiya tərəfi Finlandiya tərəfindən bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxmağı tələb edib”, - açıqlamada bildirilir.
Qeyd olunur ki, Rusiya tərəfi Helsinkiyə qarşı cavab tədbirlərini nəzərdən keçirməyə hazırdır. Rusiya XİN onu da vurğulayıb ki, Finlandiya XİN ölkənin etiraz notalarına rəsmi cavab verməyib.