Bu partiyalar da parlament seçkilərində iştirak edəcək

bu-partiyalar-da-parlament-seckilerinde-istirak-edecek
Oxunma sayı: 1954

Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı açıqlanıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu gün Mərkəzi Seçki Komissiyasının  iclasında artıq 9 partiyanın qeydiyyatdan keçdiyi elan olunub. 

Bundan öncə YAP, Ümid və VHP qeydiyyatdan keçmişdi. 

Daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.